Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu qida əlavəsi yararsız çıxdı - ALMAYIN

Bu qida əlavəsi yararsız çıxdı - ALMAYIN

Tarix: 4 Dekabr 2021 08:54

"Sky and Star Technologies" MMC-nin Hindistandan ölkəmizə idxal etdiyi "Enternitive Herbals PVT" LTD-yə məxsus bioloji fəallığa malik qida əlavəsinə (URICLEAN, Tablet №30) keçirilən baxış zamanı uyğunsuzluqlar aşkar edilib.

Bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, məhsullardan götürülən nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub və idxal olunan məhsul partiyasında ağır metalın (Civə (Hg)) kütlə payının qüvvədə olan texniki normativ aktların tələblərinə cavab vermədiyi, istehlaka yararsız olduğu müəyyən olunub.

Bununla bağlı Agentlik tərəfindən qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.


Etiketlər:  qida əlavəsi yararsız çıxdı ALMAYIN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ