Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2021 10:20
Yaponiyanın avtomobil istehsalçısı "Honda" 788 min avtomobilini geri çağırıb.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.
Bu addıma səbəb avtomobillərin yük yerindəki problemlərdir.
Geri çağırılan avtomobillərin təxminən 725 mini ABŞ-dadır.
"Passport", "Pilot" və "Ridgeline" avtomobillərinin istehsal ili modeldən asılı olaraq 2016-2019-cu illər arasında dəyişir.