Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əsgərimizə hücum etmiş erməninin cəsədi təhvil verildi - FOTO

Əsgərimizə hücum etmiş erməninin cəsədi  təhvil verildi - FOTO

Tarix: 4 Dekabr 2021 22:03

Artıq xəbər verdiyimiz kimi, dekabrın 3-ü saat 13:00 radələrində erməni, 1956-cu il təvəllüddüü Seyran Sarkisyan hərbçimizə hücum edib. Həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib. Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.

Milli.Az Ermənistan mediasına istinadən bildirir ki, S.Sarkisyanın cəsədi bu gün Qırmızı Bazar-Şəhər yolayrıcında ermənilərə təhvil verilib.

Xankəndidəki separatçı rejimin nümayəndələri S.Sarkisyanı cəsədini onun ailə üzvlərinə çatdırıblar.

Milli.Az


Etiketlər:  Əsgərimizə hücum etmiş erməninin cəsədi təhvil verildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ