Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Piylənmə Kuşinq xəstəliyinin simptomu ola bilər

Piylənmə Kuşinq xəstəliyinin simptomu ola bilər

Tarix: 5 Dekabr 2021 20:32

Bu ağır neyroendokrin xəstəlik əksər hallarda 25-40 yaşlar arası qadınlarda inkişaf edir.

Xəstəliyin inkişaf etmə səbəbləri indiyə kimi məlum deyil. Bəzən xəstəlik beyin travmalarından və beyin infeksiyalarından sonra inkişaf edir. Hipofizin (beyində yerləşən vəz) şişləri də bu xəstəliyin inkişafına səbəb ola bilər.

Bu xəstəlik zamanı hipotalamus, hipofiz və böyrəküstü vəzilər arasında olan əlaqə pozulur. Hipotalamus hipofizin fəaliyyətini həddən artıq stimullaşdırır. Hipofiz qana çoxlu miqdarda xüsusi hormon ifraz edir ki, bu hormon böyrək üstü vəzilərin funksiyasını artırır. Nəticədə böyrəküstü vəzilər həddən artıq miqdarda kortikosteroidlər hormonları  ifraz edir. Orqanizmdə kortikosteroidlərin artıq olması bütün mübadilə proseslərini  pozur.

Xəstəliyin simptomları:

- piylənmə. Piy çiyinlərdə, qarın, üz nahiyəsində, süd vəzilərində, beldə yığılır. Xəstələrin bədəni kök, ayaqları və qolları isə nazilk olur. Xəstənin üzü yumru olur, yanaqları qızarır.

- dəridə qırmızı və tünd-qırmızı zolaqların, göyərmələrin əmələ gəlməsi

- əzələ zəifliyi

- sümüklərin kövrək olması (xəstələrdə tez-tez sınıqlar olur)

- arterial təzyiqinin artması

- immun sisteminin zəifləməsi

- şəkərli diabetin, hipertoniyanın inkişafı

- həddən artıq tükləmə (qadınlarda üz nahiyəsində tükləmə olur - "bığ" və "saqqal" çıxır)

- qadınların menstrual funksiyası pozulur, sonsuzluq inkişaf edir, kişilərdə impotensiya inkişaf edir.

Bu xəstəliyin müalicəsi ilə endokrinoloq məşğul olur. Xəstə müayinə olunur, qanda hormonların səviyyəsi təyin olunur, beyinin KT, MRT müayinəsi aparılır.

Müalicə zamanı dərman preparatları, şüa terapiya, cərrahi müalicə istifadə oluna bilər.

Milli.Az


Etiketlər:  Piylənmə Kuşinq xəstəliyinin simptomu ola bilər


RƏYLƏR