Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2019 14:08
Bakı. Elnur Bağışov - Trend:
İran dost, qonşu və müsəlman ölkələrin potensialından öz milli mənafeyinin xeyrinə istifadə etməlidir.
Trend-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib.
H.Ruhaninin sözlərinə görə, bununla İran problemləri azalda bilər.
Prezident əlavə edib ki, İranın bir neçə ölkə istisna olmaqla, bütün ölkələrlə anlaşma və əlaqələri var.
H..Ruhani deyib ki, ixracın artması, elm və texnologiyanın inkişaf etməsi İranın dünya ölkələri ilə yaxşı əlaqələrinin olduğunu əks etdirir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin