Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Brüssel görüşü baş tutmaya bilər - Vəziyyəti gərginləşdirməyə çalışırlar

Brüssel görüşü baş tutmaya bilər - Vəziyyəti gərginləşdirməyə çalışırlar

Tarix: 7 Dekabr 2021 14:48

"Təxminən bir həftə sonra Brüsseldə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü keçiriləcək. Noyabrda keçirilmiş bu cür görüşlərin sayının artıq ikiyə çatacağı gözlənilir. Lakin bu görüş keçirilməyə də bilər. Çünki Azərbaycan bir misalda göstərdi ki, xarici işlər nazirlərinin görüşü ərəfəsində Rusiya sülhməramlılarının nəzarət etdiyi bölgəyə erməni parlamentarilər səfər edirsə, diplomatik siyasi müstəvidə görüşlərin keçirilməsinin heç bir əhəmiyyəti qalmır".

Bunu Sonxeber.net-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, Paşinyan üçün Brüssel görüşünün əhəmiyyəti çox böyükdür:

"Stokholmda görüşün baştutmamasının əsas səbəbkarı elə Ermənistan tərəfi və onun həyata keçirdiyi bu cür təxribat oldu. Düşünürəm ki, bu qərarın verilməsi ilə Azərbaycan tərəfi həm öz siyasi iradəsini göstərdi, eyni zamanda həm də ATƏT-in Minsk Qrupuna nümayiş etdirdi ki, görüşlər nəticəyönümlü və substantiv mahiyyət daşımalıdır. Digər tərəfdən Brüssel görüşünün də keçirilməsi birbalaca bu cür imtinadan sonra sual altında qalır. Digər tərəfdən bu görüş iki dövlətin liderləri səviyyəsində Rusiyanın nəzarətindən kənarda Avtopa İttifaqı meydançasında keçiriləcək. Eyni zamanda nəzərə almaq lazımdır ki, Brüssel həm də Avropanın siyasi paytaxtı kimi qələmə verilir. Çünki burada Avropa İttifaqının və NATO-nun mənzil qərargahları yerləşir. Və bu görüş elə əvvəldən də humanitar məsələlərin həlli istiqamətinə yönəlmişdi. Aİ-nin humanitar məsələlərin tənzimlənməsində böyük təcrübəsi var. Aİ-nin özünün iqtisadi, siyasi, hüquqi quruluşu daha çox humanitar məsələlərin həllində özünü təkmil institutut kimi göstərir.

Brüssel görüşü öncəsi Azərbaycan tərəfinə minalanmış ərazilərin xəritələrinin 16 noyabr tarixində baş vermiş hərbi təxribat nəticəsində saxlanılan şəxslərlə dəyişdirilməsi də onu göstərdi ki, Rusiya tərəfi Avropa İttifaqının daxilində keçiriləcək görüşün əhəmiyyətini bir qədər də azaltdı. 26 noyabr tarixində keçirilmiş Soçi görüşü zamanı səsləndirilən mesajlar, bölgənin gələcəyi ilə bağlı fikirlər onu deməyə əsas verir ki, Rusiya tərəfi bölgədəki moderator rolunu heçkimə vermək istəmir. Eyni zamanda Vladimir Putinin "Mən Şarl Mişellə danışmışam, bu görüş siyasi dialoqun davam etdirilməsi üçün təqdir olunur" mesajı da onu göstərir ki, Rusiya tərəfi həm də Brüsseldə keçiriln görüşü nəzərdə saxlayır. 

Ermənistan Brüssel görüşü öncəsi də Soçi görüşünü sabotaj etməyə çalışır. Revanşist qüvvələr vəziyyəti gərginləşdirmək yollarını araşdırırlar, atəşkəsin pozulmasında hərbi təxribatlar da bu sabotajın tərkib hissəsidir. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, Soçi görüşü öncəsi də Ermənistanın baş naziri Nikol Paşinyan verdiyi müsahibə zamanı Soçi görüşünü sabotaj etmək, onun mahiyyətini azaltmaq və daxili auditoriyaya yönəlmiş bəzi fikirlər səsləndirdi. Lakin Paşinyan üçün Brüssel görüşünün əhəmiyyəti çox böyükdür. Ermənistan tərəfi Brüsseldə hər hansısa məsələlərin xeyirinə həllinə ümid edir. Lakin 15 dekabr tarixinə qədər Ermənistan tərəfindən hər hansısa ciddi hərbi siyasi təxribatlar baş verərsə, o zaman görüşün keçirilməsi də sual altında qala bilər".

Təhməz Əsədov


Etiketlər:  Brüssel görüşü baş tutmaya bilər Vəziyyəti gərginləşdirməyə çalışırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ