Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2021 15:48
Təxminən bir həftədir yeraltı təkanlara baxdığımız zaman bu zəlzələlərin şimal-şərqə istiqamət aldığını görürük. Dekabrın 5-i baş verən zəlzələ 2011-ci ildə baş verən yeraltı təkandan fərqlidir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Van vilayətinin Tuşba rayonunda 5 bal gücündə baş verən zəlzələ barədə danışan professor Sağlam Səlcuq deyib.
"Dekabrın 5-dəki yeraltı təkan Vanın mərkəzindən 47 km aralıda baş versə də, şiddətli şəkildə hiss olundu. Zəlzələdən sonra 10-dan çox afterşok baş verib. Bu zəlzələlərin paylanmasına baxanda şimal-qərb-cənub-şərq meyli var. İndi ən böyük suallardan biri budur ki, bu zəlzələlər böyük zəlzələnin xəbərçisidirmi? Bu suala cavab vermək mümkün deyil", - o qeyd edib.
Bölgənin deformasiyasına təsir edən 12-dən çox fayın olduğunu bildirən Səlçuq deyib:
"Hansının nə vaxt qırılacağını və nə vaxt zəlzələ yaradacağını bilmirik. Ərciş fayına baxanda orta seqmentdə zəlzələlər baş verir. Bir həftə ərzində 5 və ya daha güclü zəlzələ ola bilərmi? - Ola bilər".