Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2021 18:20
Son zamanlar mafiya və narkotik kartellərinin zorakılığının artdığı Meksikada hökumət yeni bir tədbirə əl atıb.
Sonxeber.net türk mediasına istinadən xəbər verir ki, ayda orta hesabla 2400 adamın zorakılıq aktlarında öldüyü ölkədə turistlərin tez-tez ziyarət etdiyi Kankun şəhərinə yüzlərlə əsgər daxil olub. Hökumət bunu təhlükəsizlik tədbirləri ilə izah edib.
Anar Əli