Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mehdili kəndinin qaz problemi - VİDEO

Mehdili kəndinin qaz problemi - VİDEO

Tarix: 8 Dekabr 2021 15:00

"Azəriqaz" İstehsalat Birliyi problemin həlli ilə bağlı vəd verdi

Bərdə rayonu Mehdili kəndinin bir qrup sakininin problemi təbii qazla bağlıdır. Əslində adıçəkilən kənd qazlaşdırılmış ərazi hesab olunur. Belə ki, 2016-cı ildə Mehdili kəndinə qaz çəkilib. Problemi olan sakinlər isə bu prosesdən sonra kəndə gəlib ev tikənlərdir. Dediklərinə görə, fərdi qazlaşma üçün etdikləri müraciətə cavab gəlib. Lakin həmin cavab sakinləri qane etmir. Çünki göstərilən smeta sənədindəki məbləğ sakinlər üçün əlçatmazdır.

Hazırda evlərini odun və bu kimi yanacaq vasitələri ilə qızdırmağa çalışan sakinlər "Azəriqaz"dan fərdi qazlaşma məsələsində yardım gözləyirlər.

Biz də sakinlərin xahişini öz növbəmizdə "Azəriqaz" İstehsalat Birliyinə çatdırdıq. Aldığımız cavab isə belə oldu.

Verilən vəd yəqin ki, sakinlər üçün ümid işığı olacaq. Qaz çəkilişi həyata keçirilənə qədər həmin işığın sönməməsini arzu edirik.

Milli.Az


Etiketlər:  Mehdili kəndinin qaz problemi VİDEO


RƏYLƏR