Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Problem Xamesin başındadır” – Həkimdən sərt sözlər

“Problem Xamesin başındadır” – Həkimdən sərt sözlər

Tarix: 28 Avqust 2019 17:16

Kolumbiya millisinin sabiq həkimi Ektor Fabio Krus “Real”ın yarımmüdafiəçisi Xames Rodrigesi sərt şəkildə tənqid edib.

Qol.az xarici KİV-lərə istinadla xəbər verir ki, o deyib: “Bu cavan oğlan futbola köklənməyib. Oyunlara hazırlaşmaq və öz üzərində işləmək əvəzinə o, saçını və qaşını düzəltdirir. İldə 7,5 milyon avro qazanan futbolçu məşqlərinə laqeyd yanaşmamalıdır”.

Ektor Fabio Krus Kolumbiya millisinin də futbolçusu olan Xames barədə fikirlərini bu sözlərlə davam etdirib: “Real” kimi böyük klublar bəzən elə hesab edirlər ki, onların futbolçuları peşəkardırlar və yaxşı məşq edirlər. Amma Xames bunu etmir. Çünki problem onun başındadır”.

Həkim Portuqaliyalı millisinin hücumçusu Kriştiano Ronaldo haqda da fikirlər səsləndirib: “O, yaxta ilə Yunanıstana gedərək ailəsi ilə bir həftə istirahət etdi. Növbəti həftədə isə Ronaldo artıq yeni mövsümə hazırlaşır və ona düz 15 nəfər kömək edirdi. O, mənim gördüyüm ən böyük peşəkardır”.

 


Etiketlər:  Problem Xamesin başındadır Həkimdən sərt sözlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ