Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2021 08:04
"Omikron" ştamının dünya üzrə yayılması pandemiyanın gedişatına əhəmiyyətli dərəcədə təsir göstərə bilər, lakin onun təhlükəsi haqqında daha çox məlumat tələb olunur.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
"Bu günə qədər 57 ölkədə "omikron" ştamı aşkarlanıb. Biz onların sayının artacağını gözləyirik. "Omikron"un "delta"nı ötüb keçə bilməyəcəyini anlamaq üçün dünyadakı vəziyyəti yaxından izləmək vacibdir. Ona görə də biz bütün ölkələri sınaqları və peyvənd prosesini gücləndirməyə çağırırıq", - Qebreyesus deyib.