Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2021 10:38
ABŞ-ın "Time" jurnalının oxucuları "İlin adamı" kimi Braziliya prezidenti Jair Bolsonaronu seçib.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, istifadəçilər həmin ilə pis və ya yaxşı daha çox təsir göstərən insanı və ya qrupları seçməli olublar. Bolsonaro 9 milyondan çox səsin 24 faizini toplayıb.
Qeyd edək ki, Jair Bolsonaro həm Braziliya siyasətçiləri, həm də beynəlxalq ictimaiyyət tərəfindən koronavirus pandemiyası ilə mübarizəyə yanaşmasına görə dəfələrlə tənqid edilib.
O, koronavirusu tibb ictimaiyyətinin tanımadığı vasitələrlə müalicə etməyi təklif edib. 2021-ci ilin oktyabrında Braziliya prezidentinin "YouTube" hesabı COVID-19 haqqında "fake" xəbər yaydığı üçün bağlanılıb.