Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gənc müğənninin evdə meyiti tapıldı - FOTO

Gənc müğənninin evdə meyiti tapıldı - FOTO

Tarix: 9 Dekabr 2021 11:42

Müğənni və bəstəkar Skayler Hiks dekabrın 6-da vəfat edib. Onun cəmi 23 yaşı var idi. Qız manik-depressiv psixozdan əziyyət çəkən Selena Qomesin oxşarı sayılırdı.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, Skayler Hiks rəfiqəsinin ABŞ-ın Cənubi Karolina ştatında kirayə qaldığı mənzildə ölü tapılıb. Müğənninin ölüm şəraiti və səbəbləri məlum deyil.

Eyni zamanda anası Codi Qiks qızının depressiya da daxil olmaqla psixi problemlərlə mübarizə apardığını, həmçinin psixoaktiv maddələrdən sui-istifadə etdiyini bildirib.
 Müğənninin pərəstişkarları ailəsinə başsağlığı verir. Onlar qızın 14 yaşında çəkildiyi America's Got Talent şousundakı "YouTube" videosunun altına şərhlər yazırlar. Yeri gəlmişkən, layihədə iştirak etdikdən sonra o, məşhurlaşıb və çıxış etməyə başlayıb. Və sonra o, şou-biznesdən yoxa çıxıb.

Onun qanunla bağlı problemləri olduğu məlum idi. 2018-ci ildə o, Ohayoda spirtli içki qəbul etdiyinə görə həbs edilib.


Etiketlər:  Gənc müğənninin evdə meyiti tapıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ