Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2021 22:45
Xarici qıcıqlandırıcılara (ağrı, toxunuş, hərarət, iy, səs və s.) həssaslığın azalması "hipesteziya" adlanır. Hipesteziya daha tez-tez qollarda, ayaqlarda, barmaqlarda, üzdə əmələ gələn keyimə hissi ilə özünü büruzə verir.
Bəzi hallarda hipesteziya fizioloji ola bilər (məsələn, insan uzun müddət ərzində narahat vəziyyətdə oturanda və ya uzananda). Digər hallarda isə hipesteziya orqanizmdə olan ciddi pozulmaların simptomu ola bilər.
Hipesteziya özünü necə büruzə verir? İnsan toxunuşları, hərarəti (isti-soyuq), ağrını az hiss edir, iyləri pis ayırd edir, eşitmə qabiliyyəti pozulur.
Əgər bu hisslər sizi tez-tez narahat edirsə, mütləq həkimə müraciət edin.
Hipesteziyanın inkişafı bir çox hallarda sinirlərdə olan pozulmalarla bağlıdır.
Hamiləlik zamanı qadınlar qollarda və ayaqlarda tez-tez keyimə hiss edir. Doğuşdan sonra bu pozulma keçir.
Maddələr müdaliəsi pozulmaları zamanı insan səhər yuxudan oyandıqdan sonra əllərində və barmaqlarında keyimə hiss edir.
Üzdə keyimə hissi damar və ya nevroloji problemlərin simptomu ola bilər. Keyimə üzün yalnız bir tərəfində hiss olunursa, bu üçlü sinirin iltihabından xəbər verə bilər.
Əgər keyimiş hissə qızarır və burada səpgilər əmələ gəlirsə, bu kəmərləyici dəmrov ola bilər.
Əllərdə keyimə hissi sinir sistemi və damarların patologiyalarının simptomu ola bilər.
Həmçinin bunun səbəbi şiş, beyin qan dövranının pozulması, dağılmış skleroz ola bilər.
Ayaqlarda keyimənin əmələ gəlməsi qan dövranının pozulmasının simptomu ola bilər. Əgər hipesteziya güclü ağrılarla müşayiət olunursa, bu damarların iltihabının, damar çatışmamazlığının, aterosklerozun simptomu ola bilər.
Əgər keyimə ayaq və bel nahiyəsində ağrılarla müşayiət olunursa, bu işias xəstəliyinin simptomu ola bilər.
Hipesteziya tez-tez müxtəlif xəstəliklərin simptomu kimi meydana çıxır:
- qan dövranının pozulmaları
- xərçəng şişləri
- şəkərli diabet
- miqren
- vitamin və mineralların defisiti
- revmatoid artrıt
- sinirin sıxılması
- dağılmış skleroz
- genetik patalogiyalar.