Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya müharibə etsə yüz minlərlə əsgəri qırılacaq - Qela Vasadze Milli.Az-a danışdı

Rusiya müharibə etsə yüz minlərlə əsgəri qırılacaq - Qela Vasadze Milli.Az-a danışdı

Tarix: 10 Dekabr 2021 00:15

"Mən belə də gözləyirdim".

Bunu Milli.Az-a açıqlamasında Gürcüstan Strateji Analiz Mərkəzinin rəhbəri Qela Vasadze iki gün əvvəl onlayn formatda gerçəkləşən Co Bayden-Putin görüşü barədə danışarkən deyib.

Gürcü politoloq bildirib ki, Rusiya Ukraynaya hücum etməyəcək:

"Vladimir Putinin Rusiya Federasiyasına bütün postsovet məkanını tutmaq təklifi faktiki olaraq iflasa uğradı. Lakin bunu Putin də öncədən ABŞ-dan nə cavab alacağını bilirdi. Yenə də Rusiyanın iştahı heç də azalana oxşamır. Amma reallıq deməyə əsas verir ki, rusların məqsədlərinə çatmaq üçün artıq əvvəlki resurusları, imkanları mövcud deyil, bu imkanlar daha da azalmağa doğru gedir.

Fikrimcə Rusiya Ukraynaya hücum etməyəcək. Böyük müharibə Putin rejimi üçün təhlükə yaradacağından, baş verənlər Karib böhranının imitasiyasından başqa bir şey deyil.

Artıq ABŞ-ın Rusiyaya müdaxilə etməsinə də ehtiyac yoxdur - Ukraynaya silah və maliyyə yardımı etmək kifayətdir. Ukraynalılar döyüşməyə hazırdırlar. Ruslar isə qalib gəlmək üçün yüz minlərlə əsgərini qurban verməli olacaqlar ki, bu da istər-istəməz Rusiyada narazılığın partlamasına və iqtisadiyyatın çökməsinə gətirib çıxaracaq".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Rusiya müharibə etsə yüz minlərlə əsgəri qırılacaq Qela Vasadze MilliAz a danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ