Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2021 10:42
Pakistanda koronavirusun yeni ştammı olan "Omikron"a ilk yoluxma halı aşkar edilib.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, qeyd olunur ki, xəstə Pakistanın liman şəhəri Kəraçidə xəstəxanaya yerləşdilirib.
Onun bir neçə gün əvvəl səfərdən qayıtdığı bildirilir.
Sind əyalətinin Səhiyyə Departamenti "Omikron"a yoluxmuş qadının təmasda olduğu şəxsləri də nəzarətə götürüb.
Məlumat üçün qeyd edək ki, Pakistan hökuməti yeni ştamın yayılması ilə əlaqədar Zimbabve, Namibiya, Mavriki, Lesoto, Botsvana, Esvatini və CAR-dan gələn əcnəbilərin ölkəyə girişinə qadağa qoyub.