Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2019 21:52
"Mançester Yunayted"in futbolçusu Aleksis Sançesin "İnter"ə keçidi rəsmiləşmək üzrədir.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, çilili hücumçu A seriyası təmsilçisində tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün Milandadır.
Qeyd edək ki, Sançesin "İnter"də növbəti mövsümü icarə əsasına keçirəcəyi gözlənilir. Klubun mövsümün sonu 15 milyon avro ödəyərək 30 yaşlı oyunçunu birdəfəlik almaq hüququ olacaq.