Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

MN tərəfindən son 10 gündə 96.7 hektar ərazi minalardan təmizlənib - VİDEO - FOTO

MN tərəfindən son 10 gündə 96.7 hektar ərazi minalardan təmizlənib - VİDEO - FOTO

Tarix: 10 Dekabr 2021 13:36

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Türkiyənin hərbi istehkamçıları ilə birgə azad olunmuş ərazilərimizin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərini davam etdirir.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yolları çəkilir.

Azad olunmuş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində dekabrın 1-dən 10-dək 342 ədəd piyada və tank əleyhinə minanın aşkar olunaraq zərərsizləşdirilməsi ilə 96.7 hektar ərazi təmizlənib.

Ümumilikdə azad olunmuş ərazilərdə bu günədək mühəndis qoşunları tərəfindən 17202 mina və partlamamış döyüş sursatı aşkar olunaraq məhv edilib, 13273 hektar ərazi minalardan təmizlənib, digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə 628 kilometr yol çəkilib.

Yaşayış məntəqələrimizin, əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamına verilən Türkiyənin Milli Müdafiə Nazirliyinin tabeliyindəki ASFAT AŞ şirkəti tərəfindən istehsal olunan "MEMATT" (Mexanik Mina Təmizləmə Təchizatı) texnikası da cəlb edilib.

Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə tədbirlər davam etdirilir.

Milli.Az


Etiketlər:  MN tərəfindən son 10 gündə 967 hektar ərazi minalardan təmizlənib VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ