Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2019 16:40
Bakı. Trend:
“Neftçi” Azərbaycan çempionatlarında 600-cü qolunu buraxıb.
Trend-in PFL-ə istinadən verdiyi məlumata görə, “Sumqayıt”a 2:3 hesabı ilə uduzan paytaxt klubunun buraxdığı son top xoş olmayan yubiley xarakteri daşıyıb.
1992-ci ildən keçirilən bütün ölkə çempionatlarında iştirak edən bakılılar 775 matçda bu qədər qola məyus olub. Bunlardan 259-u evdə, 327-si səfərdə, 14-ü isə neytral meydanda qeydə alınıb.
Qeyd edək ki, ölkə çempionatında ən çox qol buraxan komanda “Turan”dır – 690 top.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin