Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2021 19:46
İstehlak üçün yararsız mürəbbə və turşu məhsulları aşkar edilib.
Bu barədə Sonxeber.net-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bakı şəhəri, Nərimanov rayonu, Daş karxanası küç, ev 853 fəaliyyət göstərən fiziki şəxs Azaqov Elnur Arif oğluna məxsus müxtəlif növ mürəbbə, turşu məhsullarının saxlanılması və satışı müəssisəsində yoxlama keçirib.
Yoxlama zamanı müəssisədə 393 ədəd balonda müxtəlif növ istehlak üçün yararsız mürəbbə və turşu məhsulları aşkar edilib.
Üzərində hər hansı etiket məlumatlarının mövcud olmayan mürəbbə və turşu məhsullarının yerdən, divara bitişik şəkildə və birbaşa günəş şüalarının təsiri altında saxlanıldığı məlum olub.
İstehlak üçün yararsız məhsullar satış şəbəkəsindən çıxarılaraq aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.