Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mədə sallanması. Səbəblər və çarəsi

Mədə sallanması. Səbəblər və çarəsi

Tarix: 11 Dekabr 2021 07:33

İnsanın daxili orqanlarının müəyyən yerləşməsi qaydası var. Bu onların normal fəaliyyəti üçün olduqca vacibdir.

Bəzən müxtəlif səbəblərə görə bəzi daxili orqanlar öz fizioloji yerini bir qədər dəyişə bilər ki, bunun nəticəsində insanda pozulmalar yaranın.

Belə pozulmalardan biri mədənin sallanması (tibdə - qastroptoz).

Normada mədə sol qabırğaaltı nahiyəsində, diafraqmaya, demək olar parallel olaraq yerləşir. Mədə bu vəziyyətdə xüsusi bağlar və əzələlərin köməyi ilə saxlanılır. Lakin bəzən mədəni saxlayan bağların və əzələlərin tonusu azalır ki, nəticədə mədə öz fizioloji yerini dəyişərək aşağı düşür, bəzən, xəstəliyin ağır formalarında hətta kişik çanağa qədər sallanır.

Mədənin sallanması onun fəaliyyətinə mənfi təsir edir.

Saglamolun.az bildirir ki, bəzən qastroptoz anadangəlmə ola bilər. Buna arıq, sümükləri nazik olan astenik tipli insanlar meyillidir.  Bu insanlarda əzələlər və bağlar zəif inkişaf etmiş olur ki, orqanların təzyiqinə tab gətirə bilmir. Belə insanlarda tez-tez mədə, bağırsaq, böyrəklərin sallanması olur.

Mədənin sallanması qazanılmış da ola bilər. Mədənin sallanmasına qadınlar arasında kişilərlə müqayisədə daha tez-tez rast gəlinir. Bunun əsas səbəbi hamiləlik və ağır doğuşlar olur.

Bəzən qastroptoz cərrahi əməliyyatlardan sonra meydana çıxır.

Balanslaşdırılmamış pəhrizlərlə süi-istifadə edən insanlarda da tez-tez mədənin və digər orqanların sallanması baş verir.

Həddindən artıq miqdarda qidaların, qazlı içkilərin qəbulu da qastroptoza gətirib çıxarda bilər.

Bəzi digər orqanların xəstəlikləri də (plevrit, ağciyərlərin enfizeması, diafraqmanın sallanması və s.) qastroptoza səbəb olur.

Ağır əşyaların tez-tez qaldırılması və daşınması da qastroptozun səbəblərindən biridir.

Qastroptozun simptomları xəstəliyin dərəcəsindən asılıdır. Daha yüngül formalarda iştahın azalması, yüngül ürəkbulanması, qarın nahiyəsində ağırlıq kimi simptomlar meydana çıxır. Adətən insanlar buna ciddi fikir vermir, xəstəlik isə inkişaf etməyə davam edir.

Xəstəlik inkişaf etdikcə xəstədə iştahanın pozulması, qarında ağrılar, bəzi qidalara qarşı nifrət hissinin yaranması, həzm proseslərinin pozulması, qəbizlik inkişaf edir.

Ağır formalarda ağrılar çox kəskin olur, hətta yüngül gərginlikdən sonra meydana çıxır. Bir çox hallarda ağrılar yalnız xəstə uzananda keçir.

Qastroptozun fonunda mədədə eroziyalar və xoralar əmələ gələ bilər.

Qastroptozun dərmanlarla müalicəsi yoxdur. Müalicə zamanı xüsusi idman, müəyyən pəhriz, massaj  istifadə olunur. Bəzən xəstələrə bandajın taxılması təyin olunur. Çox ağır hallarda cərrahi müalicə təyin oluna bilər.


Etiketlər:  Mədə sallanması Səbəblər çarəsi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ