Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2021 13:50
"Ailədə ər-arvadın bir-birinə hara gedib, hardan gəldikləri barədə hesabat çox önəmli bir şeydir. Sabah Allah uzaq eləsin, insanın başına nəsə gələ bilər, nəsə olar. İnsan həyat yoldaşından həqiqətləri gizlətdikcə, sənin başına gələ biləcək hər hansı bir hadisənin üstünü də ört-basdır etmiş olursan".
Sonxeber.net xəbər verir ki, bunu Zaur Baxşəliyev aparıcısı olduğu "Zaurla Günaydın" verilişində deyib.
Həyat yoldaşının fikirlərini Günay belə dəstək olub:
"Hətta Quranda belə bir fikir var ki, "Qadın evdən çölə çıxarkən, ayağını qapıdan bacaya atarkən belə həyat yoldaşının xəbəri olmalıdır. Yoxsa, ona günah yazılır". Mütləq ailədə kişinin yoldaşının hara gedib, gəldiyindn xəbəri olmalıdır".
Nadiq Qafarzadə Günayın sözlərini "İndi instaqramda səni bu sözlərinə görə qınayacaqlar ki, "Qadın əşya zaddır?! hara istəyər gedər", bu irada hazır ol" fikirləri ilə reaksiya verib.
Məhəmməd Vaqif