Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2021 11:24
Hacıqabulda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.
Hadisə Hacıqabul rayonunun Muğan qəsəbəsində qeydə alınıb.
Bərdə sakini, 1987-ci il təvəllüdlü Xudaverdiyeva Nəsibə Akif qızı idarə etdiyi "Hundai" markalı avtomobili yoldan çıxararaq aşırıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Füzuli rayon sakini, 1996-cı il təvəllüdlü Məmmədova Lalə İmran qızı, Bərdə sakini, 2003-cü il təvəllüdlü Xudaverdiyeva Səma Xalid qızı və Füzuli rayon sakini, 2019-cu il təvəllüdlü Məmmədova İnci İlkin qızı ağır olmayan xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.