Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Omikron”un əsas əlamətləri: 10 xəstədən 9-da müşahidə olunub

“Omikron”un əsas əlamətləri: 10 xəstədən 9-da müşahidə olunub

Tarix: 13 Dekabr 2021 09:18

Koronavirusun "Omikron" variantının əsas simptomları müəyyən edilib.

Bu əlamətlərin 10 nəfərdən 9-da görüldüyü açıqlanıb.

Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, Cənubi Afrikada ortaya çıxan və digər ölkələrə yayılmağa başlayan ştammın əsas əlamətləri ABŞ-da aparılan araşdırma ilə müəyyən edilib.

Bildirilib ki, yeni variantın ən başlıca simptomları boğazda qaşınma hissi və onu müşayiət edən quru öskürəkdir.

Araşdırmaya görə, "Omikron" xəstələrinin 89 faizində boğaz ağrısı yox, məhz boğazda qaşınma və quru öskürək görülüb. Digər simptomlardan isə yorğunluq (65 faiz), burun tutulması və ya axması (59 faiz), təngnəfəslik (16 faiz), ishal (11 faiz), dad və qoxu itkisi (8 faiz) qeyd edilib.


Etiketlər:  Omikronun əsas əlamətləri xəstədən müşahidə olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ