Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2019 11:04
"İnstaqram"da ən çox izləyici olan futbol klublarının adı açıqlanıb.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, siyahının ilk pilləsinə "Real" (76.6 milyon izləyici) qərarlaşıb. "Barselona" 76.1 milyonla ikinci olub.
Ötən illə müqayisədə 3-cü pillədə dəyişiklik olub. "Yuventus" "Mançester Yunayted"i qabaqlayıb. 2018-ci il 10 milyon izləyicisi olan Turin klubunda bu rəqəm 31.1 milyona yüksəlib. Bu artıma Kriştiano Ronaldonun "Yuventus"a keçməsinin səbəb olduğu bildirilib. Portuqaliyalı hücumçunun "İnstaqram"da 181 milyon izləyicisi var.