Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2021 22:06
Ağciyər toxumasının sərtləşməsi kimi tanınan İdiopatik Pulmoner Fibroz (İPF) xroniki ağciyər xəstəliyidir. Bu müalicə tələb edən uzunmüddətli xəstəlikdir.
İdiopatik səbəbi bilinməyən deməkdir. Xəstəlik zamanı ağciyərdə kiçik hava kisələri və qan damarları arasındakı boşluqlarda və toxumalarda çapıqlar əmələ gəlir. Bu sahə ağciyər interstitiumu adlanır. İPF bu toxumanın iltihablı xəstəliyidir.
Sonxeber.net xəbər verir ki, həkim Tuğçə Hürkal bildirib ki, İnterstisial ağciyər xəstəliyinin bir çox başqa növləri var və onlar İPF-dən fərqli şəkildə müalicə olunurlar. İPF və ya başqa bir interstisial ağciyər xəstəliyiniz olub olmadığını öyrənmək üçün həkimə müraciət etmək çox vacibdir.
Ciyərdə çapıqlar pisləşdikcə ağciyərlər sərtləşir. Bu, dərin nəfəs almağı, eyni zamanda ağciyərlərin qana oksigen göndərməsini çətinləşdirir.
İPF-nin iki əsas əlaməti nəfəs darlığı və xroniki öskürəkdir. Əksər insanlar nəfəs darlığını ilk olaraq məşq və ya təpəyə qalxmaq kimi fiziki fəaliyyətlər zamanı hiss edirlər. Ağciyərdəki çapıqlar pisləşdikcə nəfəs darlığı da pisləşir. Duş qəbul etmək, pilləkənlə qalxmaq, geyinmək və yemək kimi gündəlik fəaliyyətlərə mane ola bilər.
İPF-nin diaqnozu çətin qoyulur, çünki bir çox ağciyər xəstəliklərində nəfəs darlığı və öskürək əlaməti var. Bəzi ağciyər xəstəliklərində olduğu kimi sinə rentgenoqrafiyası çıxarılır. İPF diaqnozunu qoya biləcək tək bir test yoxdur. Bir neçə fərqli testə ehtiyacınız ola bilər. /medicina.az