Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2021 09:00
Yaşından daha gənc, təravətli və gözəl görünmək hər bir qadının arzusudur. Xüsusilə də 30 yaşlarına qədəm qoyan xanımlara artıq bu haqda düşünməyi tövsiyə edirik.
Qırışların qabağını almaq və dəri nöqsanlarını aradan qaldırmaq üçün profilaktik və korreksiya edici metodlardan biri olan mezoterapiya çox yaxşı kosmetik effekt verir.
Mezoterapiya zamanı vitaminlər, minerallar, aminoasitlər, enzimlərdən olan qarışıq mikroinyeksiyalar şəklində dərinin orta təbəqəsinə vurulur.
Mezoterapiya bütün dünyada cavanlaşma, arıqlama və həmçinin sellülit, saç tökülməsi, strialar, ləkələr, çapıqlar və s. dəri və saç problemlərinin müalicəsində çox geniş bir şəkildə istifadə olunur.
"Antiaging" (qocalma əleyhinə) kremlər daha çox dərinin üst təbəqəsinə təsir edir. Amma dəridə qırışların yaranmasında əsas rol oynayan orta təbəqədir. Kremlər isə bu hissəyə çatmır.
Mezoterapiyada istifadə olunan bütün dərmanlar orqanik, təbiidir. Dərinin lazımi təbəqəsinə birbaşa yeridilir. Sintetik məhlullardan istifadə olunmur. Ona görə də onların heç bir təhlükəsi yoxdur. Bu maddələr dəridə kollagen və elastin liflərinin sintezini artırır. Bu proseduradan sonra dəri çox gözəl və təravətli olur.
Uzman Dr. Lalə Cahangirova