Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2021 20:15
Xərçəngdən əziyyət çəkən Əməkdar artist Novruz Qartal xəstəxanadan çıxdıqdan sonra qızının evinə yerləşdirilib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, "Elgizlə izlə" verilişi aktyorun yanına yollanıb.
"Uzanıram yaxşı oluram, ayağa qalxanda başım hərlənir. Pandemiyada insult keçirtdim, yemək yemədim, oturaq həyat tərzi keçirdim" deyə, N.Qartaq açıqlamasında deyib.
Aktyor illərdir kirayədə yaşaması haqda bunları söyləyib:
"Heç vaxt qürurumu əyməmişəm. Düşünmüşəm ki, teatrda bilirlər. Cəbhələrdə oldum, fikir vermədim. Düşündüm yaxşı olacaq. Qapı döymək, ona-buna yalvarmaq mən bacarmıram. İnsanlara yaxşılıq etdim, rəhmət qazandım. Hamı üçün yaşamışam. Özüm üçün utanardım nəsə edim".