Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2021 21:38
"Mahir Emrelinin müqaviləsində nə yazıldığını bilmirik. Amma qeyd etmək lazımdır ki, klub onu iş başında qoruya bilmədi".
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu fikirləri Polşada UEFA ilə işləyən təhlükəsizlik üzrə ekspert Marçin Samsel Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin "Legiya" azarkeşlərinin komanda üzvlərinə hücumu zamanı xəsarət alması barədə yerli mətbuata açıqlamasında deyib.
O bildirib ki, hadisə küçədə və ya hansısa barda deyil, klubun avtobusunda baş verib: "İstənilən ağıllı vəkil bunu sübut edə bilər. Burada söhbət klubun satışından bir neçə milyon avro qazanmaq istədiyi oyunçudan gedir. "Legiya" futbolçulara onların tərəfində olduğunu başa salmalıdır".
Qeyd edək ki, "Legiya" fanatları komandalarının "Visla"ya 0:1 hesabı ilə uduzduğu Ekstraklasanın XVIII tur oyunundan sonra Varşava təmsilçisinin futbolçularına hücum edib. Nəticədə Mahir Emreli komanda yoldaşı Lukinyasla birlikdə xəsarət alıb.