Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İslam ölkəsi dolların istifadəsinə QADAĞA QOYDU

İslam ölkəsi dolların istifadəsinə QADAĞA QOYDU

Tarix: 15 Dekabr 2021 11:50

Əfqanıstanın baş nazirinin müavini Əbdül Salam Hənəfi ölkədə xarici valyutaların istifadəsinə qadağa qoyulduğunu elan edib.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, Həfi əhalini gündəlik həyatlarında yalınız milli valyutadan (əfqani) istifadə etməyə çağırıb. 

O, Əfqanıstana qaçaqmalçılıq yolu ilə ABŞ dollarının keçirilməsinin cinayət olduğunu vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Nazirlər Kabinetinin iclasında Hənəfi iqtisadi komissiyaya Əfqanıstan valyutasının dollara nisbətdə məzənnəsinin düşməsi problemini həll etmək üçün addımlar atmağı tapşırmışdı.

Məlumat üçün bildirək ki, hazırda 1 dollar 112 əfqaniyə bərabərdir. Bir ay əvvəl isə bu nisbət 92 əfqaniyə bərabər idi.

Qeyd edək ki, bundan əvvəl Taliban və Əfqanıstan Mərkəzi Bankı banklardan çıxarılan dollarların həcminə məhdudiyyət qoyub.


Etiketlər:  İslam ölkəsi dolların istifadəsinə QADAĞA QOYDU


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ