Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağakərimə yanlış dərmanlar verilir? - Ağamirzə danışdı

Ağakərimə yanlış dərmanlar verilir? - Ağamirzə danışdı

Tarix: 15 Dekabr 2021 14:30

Meyxanaçı Ağamirzə Məmmədov həmkarı Ağakərimlə bağlı yayılan iddialara cavab verib.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, ifaçı sosial şəbəkələrdə yayılan "Arvadı Nazəninə görə Ağakərimə pis baxır" ifadəsinə aydınlıq gətirib. O bildirib ki, meyxanaçıya həkim nəzarətində dərmanlar verilir:

"Qarşıma bir video yazı çıxdı. Biri Kərim haqda danışır. Ona yanlış məlumat verilib. Kərimə çox gözəl baxılır. Ona ancaq həkimin yazdığı dərmanlar verilir. Bunu polislə, həkimlə öyrənmək olar. Mənliyimə and olsun ki, ailəsi Kərimə çox yaxşı baxır. Oğlu da çox yaxşı oğlandır. Nazənin xanıma gəldikdə isə, o bizə hər zaman qardaş deyib. Ola bilsin yanlış məlumatlar verilib".

Qeyd edək ki, bir müddət əvvəl şair Nazilə Səfərli də Ağakərimə oğlunun pis baxdığını, ona psixotrop dərmanlar verdiyini, bağ evini 150 minə satdığını iddia edib. Meyxanaçının oğlu Kamil şairi polisə şikayət etmiş, daha sonra ərizəsini geri götürəcəyini açıqlamışdı.


Etiketlər:  Ağakərimə yanlış dərmanlar verilir Ağamirzə danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ