Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İkinci dəfə ailə qurmağı özümə rəva bilmirəm''

''İkinci dəfə ailə qurmağı özümə rəva bilmirəm''

Tarix: 15 Dekabr 2021 20:20

"Sənət aləmində ailəni qoruyub saxlamaq çox çətindir. Qınaq obyektinə çevrilirsən. İzləyicinin, tamaşaçının fikirləri psixoloji təsir edir".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elvin Abdullayev "Səhər mərkəzi" verilişində deyib. Elvin sənət adamlarının evlənib, tez ayrılmaları haqda danışıb:

"Başqaları kimi gündə evlənib boşanmağa ehtiyacım yoxdur. Manyak deyilik ki, hər gün evlənək-boşanaq. Deyirlər, kişiyə nə var? Elə şey yoxdur. Hamının hüququ eynidir. "Gündə evlənib boşanıram" ifadəsi çirkindir.

İnsanıq, hər şey ola bilər. Amma hər zaman deyirəm, nə vaxtsa olsa, ikinci dəfə ailə qurmağı özümə rəva bilmərəm. Əsas ailənin başının üstündə dayan, uşaqlarının yanında ol. Sənətinə də davam et".


Etiketlər:  İkinci dəfə ailə qurmağı özümə rəva bilmirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ