Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paytaxt sakini işsizlikdən sığorta ödənişi ala bilmir - VİDEO

Paytaxt sakini işsizlikdən sığorta ödənişi ala bilmir - VİDEO

Tarix: 15 Dekabr 2021 21:54

Bakı sakini bir gündə işə götürülüb sonra həmin gün işdən çıxarıldığına görə işsizlikdən sığorta ödənişi ala bilmir.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxt sakini İmran Qarayev belə bir iddia ilə çıxış edir.

O bildirir ki, "SOCAR AQŞ" Məhdud Məsuliyyətli Cəmiyyətində aşbaz vəzifəsində çalışıb. O, bundan sonra işsizlikdən sığorta ödənişi ilə bağlı və bu hüququnun yoxlanılması məqsədilə  yaşadığı ərazi üzrə 1 saylı ərazi məşğulluq filialına müraciət edib.

İmran Qarayev deyir ki, daha sonra məşğulluq mərkəzindən ona işsizlikdən sığorta ödənişi ala bilməyəcəyi bildirilib.  Səbəb kimi isə  bir günlük olsa da  digər bir şirkətlə əmək müqaviləsi bağlaması göstərilib.

İmran Qarayev deyir ki, işsiz qaldığı müddət ərzində o, "Prins" MMC-yə CV göndərib və şirkətə dəvət olunsa da həmin şirkətlə əmək müqaviləsi bağlamayıb.

"Prins" MMC-dən "Xəzər Xəbər"ə şifahi olaraq bildirdilər ki, vətəndaş onlarla razılıqlı əmək müqaviləsi bağlamayıb. Şirkət sadəcə vətəndaş işə gələn günü onu sistemə salıb  və  daha sonra özü istəmədiyi üçün işinə  xitam verib. Bu müqavilənin etibarsız  olması ilə bağlı da Dövlət Əmək Müfəttişliyi xidmətinə məlumat verilib.

Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcməddinqızı isə bildirdi ki, məşğulluq filialı tərəfindən vətəndaşın qeydiyyatı aparılıb. Daha donra onun işsizlikdən sığorta ödənişi almaq üçün hüququ yoxlanılan zaman artıq adına aktiv əmək müqaviləsi olduğu aşkar edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Paytaxt sakini işsizlikdən sığorta ödənişi bilmir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ