Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2021 01:03
Yeni Orlean Universiteti (ABŞ) alimləri təxmin edirlər ki, şirin qazlı içkilərin (kola, pepsi və s) çoxlu miqdarda qəbulunun xərçəng xəstəliklərinin inkişafı ilə birbaşa əlaqəsi var.
Bu içkilər şəkərlə olduqca zəngindir. Şəkərin çoxlu miqdarda qəbulu isə tək şəkərli diabet və piylənmənin riskini deyil, xərçəngin riskini də artırır. Xüsusilə də bu mədəaltı vəzi, yoğun bağırsaq, qadınlarda uşaqlığın xərçənginə aiddir. Həmçinin qidalanmasında çoxlu şirin qazlı içkilər olan insanlarda xərçəngin residivləşməsi riski də artmış olur.