Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2021 01:35
Müğənni Xəyyam Nisanov MTV Azərbaycan kanalında yayımlanan "Üzə-düz" verilişində qonaq olub.
Sonxeber.net telegraf-a istinadən xəbər verir ki, Xəyyam Nisanov ailəsindən danışıb: "12 yaşımda atamı itirmişəm, atasız böyümüşəm. Anam mənə qürurlu, güclü olmağı, başımı uca tutmağı öyrədib. Tamaşaçılar məni güclü görürsə, bunun səbəbkarı anamdır. İllərlə bərkidim.
Atam dostu ilə Qubaya yas yerinə gedirdi, o zaman qəzada dünyada dəyişdi. Həmin hadisədən bir neçə ay öncə ailəlikcə Amerikaya, ordandan da Türkiyəyə getdik. Sən demə, bu bizim son birgə istirahətimiz imiş. Atam birinci gün qəzaya düşmüşdü. Ayda iki-üç dəfə onun məzarını ziyarət edirəm. Həyatımda olan bütün hadisələri onunla bölüşürəm. Yeganə insandır ki, onunla virtual olaraq danışıram. İnanıram ki, o, səsimi eşidir".
Xəyyam Nisanov həmkarları arasında varlı müğənni olmasına da münasibət bildirib: "Deməzdim ki, ən varlı kişi sənətçilərindənəm. Bizim o qədər varlı müğənnilərimiz var ki... Azərbaycanda kasıb müğənni yoxdur. Maşallah, hər kəsin yetəri qədər evləri, maşınları var. Efiri açanda isə görürük ki, ağlayırlar. Kimsə əgər fikirləşirsə, xarici markalı avtomobilini digər xarici avtomobilə dəyişmək problemdir və bu kasıbçılıqdır, mən belə hesab etmirəm.
Mənim musiqiçilərimin hərəsinin bir yox, iki avtomobili, yeni tikilmiş binada mənzilləri var. 20 ildir bu işin içindəyəm, hamını gözəl bilirəm. Təəccüblənirəm ona görə ki, hansı ki, tanınmış ifaçı çıxıb deyir ki, çörək tapa bilmir. Yəqin illər ərzində planlarını düzgün qura bilməyiblər. 60 yaşa çatıb, deyir ki, heç nəyim yoxdur. Dünyaca məşhur ulduzlar nə qədər vergi verirlər, bundan xəbəri olan var? Onlar gəlirlərinin 50 faizini vergiyə verirlər. Mən 2008-ci ildən vergi ödəyicisiyəm!".