Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2021 10:55
Xalq artisti Nazpəri Dostəliyeva nəvəsi Nurelin görüntülərini sosial şəbəkə hesabında paylaşıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni nəvəsinin ad günü olduğunu vurğulayıb.
"Nurel balam, əfsuslar olsun sənin doğum gününü qeyd etməyəcəm. Allah səni və bütün körpələrimizi qorusun. Ad günün mübarək olsun, həyatımın açan çiçəkləri" deyə, Dostəliyeva bildirib.
Müğənni daha sonra sevənlərinə səslənərək "Əzizlərim, hər birinizə minnətdarlığımı bildirirəm. Sizin sevginiz mənə ayaqda qalmaqda böyük dəstəkdir. Allah sizləri mənə çox görməsin, sizi qorusun" sözlərini əlavə edib.
Qeyd edək ki, Nazpərinin iki oğlu var idi. İfaçının böyük övladı Əli bir neçə ay əvvəl dünyasını dəyişib.