Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Atamın yoxluğuna görə ən çox bacılarım ağlayır...” - Baloğlan Əşrəfovun oğlu...

“Atamın yoxluğuna görə ən çox bacılarım ağlayır...” - Baloğlan Əşrəfovun oğlu...

Tarix: 16 Dekabr 2021 19:50

"Atamdan sonra ansamblımız fəaliyyətini davam etdirir. Çalışıram ki, atamın yolunu davam etdirim. Hər gün onu xatırlayıram, çəkilişlərinə baxıram".

Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında bu ilin aprel ayında dünyasını dəyişən əməkdar artist Baloğlan Əşrəfovun oğlu Elşən Əşrəfov deyib. O, atasının yoxluğuyla hələ də barışa bilmədiklərini bildirib:

"Atamın yoxluğuyla barışa bilmirik. Hamımız əziyyət çəkirik. Ən çox da bacılarım ağlayır. Çalışıram ki, fəaliyyət göstərdiyimiz ansamblıyla sənətimizi davam etdirək. Dostlarından Yusif əmi (Yusif Mustafayev) və bir neçəsi var ki, bizimlə daim əlaqə saxlayırlar. Allah hamısından razı olsun. Atamın qarşıda hələ çox işləri var idi, qəfildən belə bir şeyin olacağını gözləmirdik. Amma neyləmək olar, Allahın qismətidir. Diqqətiniz üçün sizlərə də təşəkkür edirik".

Qeyd edək ki, Baloğlan Əşrəfov 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olub. B.Əşrəfov 26 aprel 2021-ci ildə 69 yaşında koronavirus xəstəliyindən dünyasını dəyişib.


Etiketlər:  Atamın yoxluğuna görə çox bacılarım ağlayır Baloğlan Əşrəfovun oğlu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ