Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azad edilmiş ərazilərə icazəsiz daxil olan 4 nəfər saxlanılıb

Azad edilmiş ərazilərə icazəsiz daxil olan 4 nəfər saxlanılıb

Tarix: 17 Dekabr 2021 14:02

İşğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər keçirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində işğaldan azad edilmiş ərazilərə nəzarət postlarından kənar yollarla daxil olan 4 nəfər saxlanılıb. Araşdırmalarla onların rayonun Həsənqaya kənd sakinləri - Ceyhun Abışov, Şahin Abışov, Sənan Həsənov və Məsim Həsənov olduqları müəyyən edilib.

Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq minalardan və partlamamış sursatlardan tam təmizlənməmiş ərazilərə daxil olduqlarına görə həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

Milli.Az


Etiketlər:  Azad edilmiş ərazilərə icazəsiz daxil olan nəfər saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ