Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Şəbnəm kimdir? Vallah o qədər Şəbnəmlər var ki..."

Tarix: 17 Dekabr 2021 19:10

Xalq artisti Cavan Zeynallı şou-biznesdən danışıb.

Milli.Az xəbər verir ki, lent.az-ın canlı yayımında qonaq olan müğənni bu sözləri deyib:

"Biz sənətə ürək vermişik. Mən Qara Qarayev, Tofiq Quliyev kimi bəstəkarları bəyənirəm. Mən yeni çıxan müğənnilərdən heç kimə qulaq asmıram. Aygün, Röya, Brilliantla birgə çox konsertlərdə iştirak etmişik. İndi çıxanlar deyir ki, "Mən ulduzam". Amma o vaxt elə sözlər yox idi. Əvvəllər sənət var idi, hamısı sənət göstərirdi. İndi çox müğənnilərin ifa tərzləri də dəyişib". 

Müğənni daha sonra "Şəbnəm Tovuzlu ilə Damlanın ifalarını bəyənirsinizmi?" sualına qalmaqallı cavab verib. O, bildirib ki, Şəbnəm Tovuzlunu tanımır, Damlanın da ifalarına qulaq asa bilmir:

"Mən musiqiçiyəm. Mənə musiqiyə çox qulaq asmaq olmaz. Şəbnəm kimdir? Şəbnəm Tapdıq? Vallah o qədər Şəbnəmlər var ki... Onları yada sala bilmirəm. Çünki mənim ayrı tərzim var. Cavanlar çoxdur. Hamısını tanımaq mümkün deyil. Damlanın adını eşitmişəm. Amma heç zaman mahnısına qulaq asmamışam və ona qulaq da asa bilmirəm. Eyni mahnıları var. Hamısı da bir-birinə oxşayır. Nə qədər eyni mahnılar olar axı?" 

Milli.Az


Etiketlər:  Şəbnəm kimdir Vallah o qədər Şəbnəmlər var ki


RƏYLƏR