Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Azdrama"nın evsiz aktyoru maşında gecələyir: Rahat yuxu üçün ölürəm... - VİDEO

Tarix: 17 Dekabr 2021 19:40

Akademik Milli Dram Teatrının aktyoru Elçin Əfəndi maşında gecələyir.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, bunun səbəbi onun evinin olmamasıdır.

Aktyor gecə saat 4:00-da Votsap-da küçədə gecələməsi ilə bağlı video paşlayıb. Həmin videoda onun Əmircan qəsəbəsi yaxınlığında olması və maşında gecələməsi əks olunur. Aktyor sözügedən videonu paylaşandan az sonra silib.

Aldığımız məlumata görə, aktyor hər gün teatrdan çıxandan sonra maşını yol kənarında saxlayır və gecəni səhərə kimi maşında yatır. Səhər isə ordan bir başa məşqə gəlir.

Bütün bunlara inanmaq istəməsək də, aktyor açıqlamasında yaşadığı acınacaqlı həyatla bağlı danışmaq istəmədiyini dedi:

"Bu barədə danışmaq istəmirəm, hər şey ortadadır. Məşqdən çıxmışam, cox  yorğunam. Maşını bir yerdə saxlayın yatacam. Rahat yuxu üçün ölürəm, səhər məşqdə olmalıyam. Mən küçələrin övladıyam". 

Milli.Az


Etiketlər:  Azdramanın evsiz aktyoru maşında gecələyir Rahat yuxu üçün ölürəm VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ