Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Malayziya hökuməti Yeni il şənliklərinə qadağa qoyub

Malayziya hökuməti Yeni il şənliklərinə qadağa qoyub

Tarix: 17 Dekabr 2021 21:06

Malayziya hökuməti koronavirusun "omikron" ştamının yayılmasının qarşısını almaq üçün ölkədə Yeni il şənlikləri ilə bağlı böyük tədbirlərin təşkilinə qadağa qoyub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Malayziyanın səhiyyə naziri Hayri Camaluddin bəyan edib.

"Yeni il şənlikləri ilə bağlı böyük tədbirlər qadağan edilib, kiçik tədbirlərə isə bunların iştirakçıları COVID-19 testindən keçdikdən sonra icazə verilə bilər", - deyə nazir bildirib.

Məmur əlavə edib ki, bu barədə qərar ölkədə "omikron" ştamına yoluxma ilə əlaqədar iki hal qeydə alındıqdan sonra qəbul edilib.

Dekabrın 16-da Səhiyyə Nazirliyi "omikron" ştamına iki yoluxma halının qeydə alındığını, daha 18 nəfərin isə yoxlamadan keçirildiyi barədə məlumat yayıb.


Etiketlər:  Malayziya hökuməti Yeni şənliklərinə qadağa qoyub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ