Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''25 ildir susmuşam'' - Cavan Zeynallının xanımı

''25 ildir susmuşam'' - Cavan Zeynallının xanımı

Tarix: 18 Dekabr 2021 00:35

"25 ildir həyat yoldaşımla bir yerdəyik. Hiss edirik ki, bir-birimizi sevməkdə səhv etməmişik. Övlad istəyirdik, olmadı".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Cavan Zeynallı "Günün sədası" proqramında deyib. Cazmen həyat yoldaşı Röya xanımdan danışıb.

Övladı olmayan ifaçı "Övladlığa uşaq götürmək istəmirsiz" sualına belə cavab verib:

"Bilmirəm, necə oldu, amma həyat belə davam edir. Adam bilmir neçə il yaşayacaq, bu suala cavab vermək çətindir".

C.Zeynallının xanımı Röya efirə zəng edərkən "Xanımlar səbrli olmalıdır. Harada səbr var, o ailədə xoşbəxtlik var. Cavan sənətkardır, onun hər halı olur. Mən 25 ildir sadəcə susmuşam. Ailə olub, onu saxlamaq lazımdırsa, susmaq lazımdır" sözlərini deyib.


Etiketlər:  ildir susmuşam Cavan Zeynallının xanımı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ