Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2021 08:58
Rusiyanın ən zəngin qadınlarından biri Olqa Mirimskaya həbs olunub.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, qadın bankir İstintaq Komitəsinin əməkdaşına rüşvət verməkdə şübhəli bilinib.
Məlumata görə, Mirimskaya adı açıqlanmayan cinayət işində zərərçəkmiş kimi tanınması üçün İstintaq Komitəsinin Moskva vilayəti üzrə İdarəsinin əməkdaşına avtomobil bağışlayıb. Buna görə o, iki ay müddətinə həbs edilib.
Qeyd edək ki, Olqa Mirimskayanın sərvəti 100 milyon dollar qiymətləndirilir.