Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2021 20:30
Filippində güclü "Paradise" qasırğası azı 31 nəfərin həyatına son qoyub.
Sonxeber.net "Report"a istinadən bildirir ki, yerli hakimiyyət orqanları ölənlərin sayı ilə bağlı məlumatların hələ də dəqiqləşdiriləcəyini bildirir.
Qasırğanın ilk zərbəsini alan Siarqao adasında vəziyyət xüsusilə pisdir. Adaya dəymiş ziyan 400 milyon ABŞ dolları olaraq qiymətləndirilir.
Bir çox yaşayış məntəqələri ilə hələlik əlaqə olmadığından təcili yardım xidmətləri ölümlərin daha çox olacağını istisna etmir. Dağıntı səbəbindən adalarda bəzi xəstəxanalar işləmir və yaralıları qəbul edə bilmir.
Bundan əlavə, adalarda sərnişin və yük daşımaları pozulub.