Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2019 23:04
Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə edam cəzasının bərpa olunmasının mümkünlüyünü istisna etməyib.
Trend-in Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Ərdoğan bildirib ki, ölkə parlamenti ölüm hökmünün bərpası barədə qərar qəbul edərsə, bunu təsdiqləyəcək.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü və sədr müavini Mahir Ünal ölkədə pedofillərə edam cəzasının tətbiq edilməsini, habelə onların kastrasiyasını (axtalanma) nəzərdən keçirdiklərini bildirmişdi.
Onun sözlərinə görə, Türkiyədəki uşaqların müdafiəsi ən yüksək səviyyədə təmin ediləcək. Hakim partiya sədrinin müavini pedofillərin edam edilməsi və kastrasiya məsələlərinin bir daha parlamentdə müzakirə olunacağını da qeyd edib.
Xatırladaq ki, məsələ 9 aprel 2018-ci ildə Türkiyə parlamentində müzakirə edilib və bununla bağlı qanun layihəsinin qəbul ediləcəyi gözlənilirdi.
Pedofillərin kastrasiyasına dair qanun qəbul olunarsa, onlar 20- 40 ilə qədər həbs cəzası ilə üzləşəcəklər.
Türkiyədə edam cəzası 2001-ci ildə ləğv edilib, halbuki, 1986-cı ildən bu yana ölkədə istifadə edilmir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin