Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2021 19:03
İnsult bir çox hallarda əlilliyə və ölümə səbəb olan ağır pozulmadır. Hal hazırda həkimlər insultun xeyli "cavanlaşmasını" müşahidə edirlər.
Oksford Universitetinin alimləri insultun inkişafını qabaqcadan bilmək üçün xüsusi metodika hazırlayıblar.
Baş beyini qanla təchiz edən yuxu arteriayalarında əmələ gələn xolesterin piləkləri damarları daraldır, normal qan dövranına mane olur. Ən böyük təhlükə ondadır ki, bu piləklər dağıla bilər. Nəticədə onların hissəcikləri damarı tuta bilər. Bu isə insultun inkişafı deməkdir.
MRT əsasında olan yeni metodika ən təhlükəli xolesterin piləkləri təyin etməyə imkan verir. Nəticədə insulta görə yüksək riski olan insanlar vaxtında lazım olan müalicə alacaq ki, bu da insultun inkişafının qarşısını alacaq.
Yeni metodika çox asan və dəqiq sayılır.