Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ürək xəstəliklərinin riskini 7 dəfə azaldır!

Bu ürək xəstəliklərinin riskini 7 dəfə azaldır!

Tarix: 19 Dekabr 2021 23:15

Tanınmış kardioxirurq, akademik Leo Bokeriya (Rusiya Federasiyası) "Komsomolskya pravda" qəzetinin müxbirinə hər gün yarım saat ərzində açıq havada gəzməyin inanılmaz faydaları haqqında danışıb.

Alim qeyd edib ki, hər gün yarım saat ərzində açıq havada gəzən insanda ürək-damar sistemi xəstəliklərinin inkişafının riski 7 dəfə, bu xəstəliklərdən ölümün riski isə 3 dəfə azalır.

Belə gəzintilər orqanizmə kompleks şəklində ümumimöhkəmləndirici təsir edir - orqanizmin daxili və xarici faktorlarının təsirinə davamlılığını artırır, stresi azaldır, əzələlələri möhkəmləndirir, mədə-bağırsaq və dayaq-hərəki sistemlərinin normal fəaliyyətini təmin edir, ağ ciyərlərin fəaliyyətini yaxşılaşdırır.

Hər gün orta tempdə qəzmək lazımdır. Gəzinti ən azı 30 dəqiqə ərzində davam etməlidir.


Etiketlər:  ürək xəstəliklərinin riskini dəfə azaldır


RƏYLƏR