Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Hər şeyi gözə aldım, bunu etməliyəm" - Zamiq

Tarix: 20 Dekabr 2021 18:10

"Yanvarın 7-də 2022-ci ilin ilk solo konsertini verəcəm, hazırlıqlar çox yaxşı gedir. Özümü tam olaraq həmin günə kökləmişəm. Demək olar ki, konsert üçün hər şey yüksək səviyyədə hazırdır".

Milli.Az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Zamiq Hüseynov deyib. İfaçı pandemiyadan sonra ilk dəfə verəcəyi konsertdən bəhs edib. Zamiq bildirib ki, həqiqətən də biletlər satışa çıxarılandan bir neçə saat sonra bitib:

"Bu vəziyyət təbii ki, məni çox sevindirdi. Çox sual ünvanlanır ki, konsert gününü artıra bilərəmmi? Əvvəllər bu barədə çox düşünürdüm açığı. Amma bilirsiniz ki, pandemiya səbəbindən Heydər Əliyev Sarayında yerlər məhdudlaşıb. Ona görə də fikrimdən hələ ki, daşındım. Əvvəlki günlərə geri dönəndə 2 gün konsert verməyi planlayıram".

Konsertində insanların ara məsafəsi ilə oturacağını söyləyən Zamiq, bunun büdcəyə vuracağı ziyandan söz açıb:

"Bunun büdcəmizə ziyan vuracağı müzakirə mövzumuz ola bilməz. Hədəfimiz məlumdur. Anonslardan da göründüyü kimi, bu konsert qazanc məqsədilə deyil. Büdcəmizə ziyan dəysə də, niyyətimiz bəllidir və ona görə də o konserti nə olur olsun etməliyəm. Bu konsertdə qazanc götürməməyi, hətta öz büdcəmizdən xərcləməyi də əvvəlcədən gözə almışam. Dəvət edilən tamaşaçının yarısı qazi və şəhid ailəsidir. Satılan biletlərdən əldə olunan gəlir isə şəhid və qazi ailələri üçün "Yaşat" fonduna ianə olunacaq".

Milli.Az


Etiketlər:  Hər şeyi gözə aldım bunu etməliyəm Zamiq


RƏYLƏR