Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2021 19:38
ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı Azərbaycan karateçisi, 5 dəfə dünya, 14 dəfə Avropa çempionu olan Rafael Ağayev olub.
"Qara brilliant" ləqəbli karateçi anasının yol pulu üçün qızıllarını satdığını etiraf edib:
"Rusiyada keçirilən yarışa getməyə yol pulumuz yox idi, Anam qızıllarını satdı. Yol pulumuzu düzəldib, atamla yola düşdük. Azərbaycandan kənarda ilk qızıl medalımı qazandım. Onu da anama hədiyyə etdim. Daha sonralar anama bir çox hədiyyələr aldım, amma anamın 32 qramlıq qızıllarının yerini heç bir hədiyyə verə bilməz".