Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müdafiə Nazirliyi geri qaytarılmış hərbi qulluqçuların adını açıqlayıb

Müdafiə Nazirliyi geri qaytarılmış hərbi qulluqçuların adını açıqlayıb

Tarix: 20 Dekabr 2021 22:28

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu gün geri qaytarılmış hərbi quuluqçuların adını açıqlayıb.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, dekabrın 18-də gündüz saatlarında Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseynov Teymur Ələddin oğlu və əsgər Mustafayev Murad Mikayıl oğlu əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçib.

Aparılmış danışıqlar nəticəsində hərbi qulluqçuların bu gün geri qaytarılması təmin olunmuşdur.

Milli.Az


Etiketlər:  Müdafiə Nazirliyi geri qaytarılmış hərbi qulluqçuların adını açıqlayıb


RƏYLƏR